Azərbaycan Ordusunun hərbi qulluqçuları Laçında həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçuları Laçında həlak oldu - FOTO
ANALTİKA / BÖLGƏ
29-06-2021, 00:09
A+
A-
İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
 
 


 
 скачать dle 12.1