Mənasız, heç bir fakta sönykənməyən məlumatlar şantajdan başqa bir şey deyil -AÇIQLAMA

Mənasız, heç bir fakta sönykənməyən məlumatlar şantajdan başqa bir şey deyil -AÇIQLAMA
BÖLGƏ
12-06-2021, 16:36
A+
A-
Son günlər "qara media"-da ölkə və məmurlarla bağlı mənasız, heç bir fakta sönykənməyən məumatlar yayılmaqdadır.

Eləcədə Zərdab icra başçısı Mərdan Camalov və onun yaxınları "qara media" sosial şəbəkəsinin hədəfinə çevirlməkdədir. Yayılan məlumatlarda M.Camalovun dəbdbəli həyata, çox sayda bahalı maşınlara, iri ticarət və iaşə binalarına sahib olması bildirilir. Buda icra başçısının sifarişlə hədəfə görürülməsindən başqa bir şey deyil.

Şər kompaniyası ilə bağlı  Zərdab icra hakimiyyətindən İxa.az-a bildirilib ki, heç bir fakta əsaslanmayan, məqalədə qeyd edildiyi informasiyalardan belə nəticəyə gəlmək olur ki yazı  yalnız fərziyyələr əsasında yazılmışdır, həqiqəti əks etdirməyən böhtan və şantaj xarakterli piardır.
 
Bildirilib ki,  Zərdab rayonunda Mərdan Camalovun heç bir malikanəsi, obyektləri və bahalı maşınları yoxdur. Bir neçə obyekt və maşınlar var ki, oda M.Camalovun iş adamı olan qohumunudur. icra başçısı və  rayonda bütün məmurlar, prezidentimizin tapşırıqlarını öz fəaliyyətləri ilə layiqincə davam etdirirlər. Bir qrup öz maraqlarına xidmət edən adamların şantajı rayonda aparılan abadlıq,quruculu,əhaliyə xidmətin qarşısını ala bilməz.  

Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq, maddi durumunu yaxşılaşdırmaq xətrinə bu kimi məqalələrin elektron informasiya vasitələrində verilməsi qətiyyətlə yolverilməzdir. Qeyd olunan məqaləni rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq cəhdidir.скачать dle 12.1