Nazir Polis rəisini rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad etdi - RƏSMİ

Nazir Polis rəisini rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad etdi - RƏSMİ
BÖLGƏ / MANŞET
11-08-2021, 13:48
A+
A-
Cəlilabad rayon Polis Şöbəsinin rəisi polkovnik Mübariz Quliyev işdən azad olunub.
Bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.
DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.
M.Quliyevin sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki, təyinat yoxdur.
 скачать dle 12.1