Bələdiyyə sədrindən müdhiş saxtakarlıq:Yerli sakinlərin, Şəhid və Qazi ailələrinin torpağın dayısına satdı - VİDEO

Bələdiyyə sədrindən müdhiş saxtakarlıq:Yerli sakinlərin, Şəhid və Qazi ailələrinin  torpağın dayısına satdı - VİDEO
BÖLGƏ / MANŞET
4-03-2021, 02:19
A+
A-
Masallıda Sığdaş kənd Bələdiyyə sədri Əhliman Əliyev sakinlərin torpaqlarını dayısına peşkeş edib. Sədrin dayısında həmin torpaqlarda süni göl yaradaraq balıq təsərrüfatı  və şəxsi əkin-biçini ilə məşğuldur. 

Bu barədə Bolgexeber.com vasitəsi ilə prezidentə  üz tutan kənd sakinləri kömək istəyirlər.

Yerli sakinlər öz şikayətlərində bildirib ki, Sığdaş kənd Bələdiyyə sədri Əhliman Əliyev qanunsuz əməlləri ilə bağlı hara müraciət etsələrdə də özümüzü borclu çıxarlar. Rayonda idarəçilik balansı itib, hər yerdə rüşvət və özbaşınalıqdır. Kasıbların səsi  boğulur, haqqı tapdanır. Şikayətçi narazı sakinlər bildirib ki, "hörmətli prezitentdən xahiş edirik ki, Qarabağı işğaldan azad etdiyi kimi buranında harınlamış məmurların işğalından qurtarsın!". Narazı sakinlər onuda bildirib ki, hansı yolla seçilməsi məlum olmayan Bələdiyyə sədri Əhliman Əliyev təkçə onların yox, Şəhid və Qazi ailələrinin də pay torpaqlarını xırd edərək başqa şəxslərə pul müqabilində satıb. Bunu kənd ağsaqqallarıda təstiq edir. Çünki Bələdiyyənin "fərasəti" nəticəsində   demək olar ki, kənd sakinlərinin  pay torbaqları tamami ilə başqaları tərəfindən ələ keçirilib.
Ətraflı videoda:



скачать dle 12.1