ŞOK İDDİA!Baş həkim icra başçısına və özünə qoşa malikanə inşa etdirdi

ŞOK İDDİA!Baş həkim icra başçısına və özünə qoşa malikanə inşa etdirdi
BÖLGƏ / MANŞET
13-03-2021, 01:46
A+
A-
Xocavənd Səhiyyə İdarəsinin müdiri Nurəngiz Bəşirova Xocavənd icra hakimiyyətindən ayrılan yardım pullarını başçının kabinetində bölür. 

GUNinfo.az-ın elektron ünvanına daxil olan müraciətdə belə iddiada olunur.
 
Bildirilir ki, icra başçısı üçün tikilən villanın yaxınlığında , baş həkim özünə məxsus olan torpaq sahəsində böyük bir villa inşa edərək təmir etdirir.
 
Daxil olan məlumata deyilir ki,  rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova icra başçısı Eyvaz Hüseynova Şamaxı rayonu Pirqulu kəndi yaxınlığında qoşa villa tikdirib. icra başçısı Eyvaz Hüseynov üçün tikilən həmin villanın xərcini də rayon xəsətəxanasının baş həkimi Nürəngiz Bəşirova çəkib. İcra başçısının vilasının yaxınlığında isə baş həkim özünə məxsus olan bir villanı da özünə inşa etirərək son təmir işləri görülür.
 
Müraciətdə oda  bildirir ki, Nürəngiz Bəşirova hər il dövlət büdcəsindən ayrılan yüz min mantalarla vəsait müxtəlif işlərin adı altında silərək mənimsənilir. Baş həkimin büdcədən sildiyi bütün vəsaitlərin tək ortağı isə, rayon icra başçısı Eyvaz Hüseynov olduğu  deyilir. Oda bildirilir ki, uzun illərdir bərabər çiyin - çiyinə mehriban işləyən cütlük son məlum yanğın hadisəsindən sonra uzaq düşsələrdə xanım baş həkim tərəfindən sadiq münasibət və hörmət davam etməkdədir. Bu səbbdən də son iki ildə rayon səhiyyə sisteminə üst-üstə 480 min manat dərman və ərzaq pulu  və digər vəsaitlərin bütünlükdə mənimsənildiyi iddia olunur.
 
Qeyd edək ki, dəfələrlə Xocavənd rayon xəstəxanasının baş həkimi ilə bağlı mətbuatda müxtəlif şikayətlər işıqlandırılıb və Səhiyyə Nazirliyi tərəfindən  Xocavənd səhiyyə sistemində yoxlamalar apararaq, nəticədə çox sayda  korrupsiya faktları aşkarlamış və  Nürəngiz Bəşirova işdən azad etmişdir. Amma, Eyvaz Hüseynovun koməkliyi ilə xanm baş həkim problemlərdən “qurtulub" işinə davam etmişdir.
 
Şikayətdə iddia edir ki, icra başçısı baş həkimin maliyyə maxinasiyasında ən böyük korrupsiya rayon daxili büdcəsindən Mərkəzi Xəstəxanaya ayrılan maliyyə yardımları ətrafında baş verir.
 
Belə ki, həmin yardımlar sadəcə kağız üzərində olur və ayrılan vəsaitlər birbaşa İcra başçısının kabinetində Nürəngiz Bəşirova ilə Eyvaz Hüseynov arasında bölüşdürüldüyü qeyd olunur.
 
Növbəti sayda:Xocavənd səhiyyə sistemində "dəftərxana" əməliyyatı və "ÖLÜ CAN"LARla bağlı şok iddiaları oxuculara təqdim etməyə çalışacağıq.GUNinfo.az  
Qarşı tərəfində mövqeyini dinlməyə hazırıq
скачать dle 12.1