Baydendən KRİTİK QƏRAR: İran ordusunun mövqeləri bombalandı - çox sayda ölü var

Baydendən KRİTİK QƏRAR: İran ordusunun mövqeləri bombalandı - çox sayda ölü var
DÜNYA
28-06-2021, 12:35
A+
A-
ABŞ-ın hava qüvvələri İraq-Suriya sərhədində əməliyyat təşkil edib.
 
Xeber24.info xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.
Açıqlamada bildirilir ki, hücumların hədəfində İran ordusunun dəstək verdiyi qruplaşmaların mövqeləri və silah anbarları olub.
Bu Co Bayden vəzifəsinə gəldikdən bəri İranın dəstəklədiyi silahlılara qarşı icazə verdiyi ikinci hava hücumudur.

İraqda yerləşən ABŞ qüvvələri son aylarda pilotsuz təyyarələrin hücumları nəticəsində bir neçə dəfə zərbə alıb. İran bunu qəbul etməyib.
Cihadçı İslam Dövləti (İD) qrupuna qarşı beynəlxalq bir əməkdaşlıq çərçivəsində bu ölkədə təxminən 2500 ABŞ əsgəri var.
Pentaqonun açıqlamasına görə, "müdafiə dəqiq hava hücumları" Suriyadakı iki, İraqdakı bir hədəfi vurub. Kataib Hizbullah və Kataib Seyyid al-Shuhada da daxil olmaqla İranın dəstəklədiyi qrupların bu obyektlərdən istifadə etdiyini söyləyib.
Ümumilikdə İran ordusunun nəzarətindəki 3 düşərgə bombalanıb. Bildirilir ki, bu hücum İranın dəstək verdiyi silahlıların İraqdakı amerikalı hərbçiləri hədəfə almasına cavabdır.
Rəsmi açıqlamada tələfat barədə məlumat olmasa da, yerli dairələr çox sayda silahlının məhv edildiyini iddia edib.скачать dle 12.1