ABŞ-da lotereyadan 1 milyard dollarlıq uduş olub

ABŞ-da lotereyadan 1 milyard dollarlıq uduş olub
DÜNYA
23-01-2021, 18:05
A+
A-
ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.
“Report” lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.
Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.
Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Mariland ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.скачать dle 12.1