Baydenin Paşinyanla birgə ŞOK QARABAĞ PLANI: Yenidən... - SENSASİON DETALLAR

Baydenin Paşinyanla birgə ŞOK QARABAĞ PLANI: Yenidən... - SENSASİON DETALLAR
DÜNYA
26-04-2021, 00:51
A+
A-
Türkiyəli yazar-jurnalist Taha Dağlı ABŞ Prezidenti Co Baydenin qalmaqallı “soyqırımı” qərarının nədən qaynaqlandığını və gələcəkdə bölgəyə necə təsir göstərəcəyini təhlil edib.
İxa.az  Publika.az-a istinadla T.Dağlının "Ermənilərlə yanaşı yunanlar və PKK üçün də mesaj var" başlıqlı məqaləsini təqdim edir:
Türkiyə Suriyanın şərqində “PKK-PYD” əleyhinə əməliyyat həyata keçirəndə ABŞ-ın prezidenti Donald Tramp idi. ABŞ-dakı Demokratların demək olar ki hamısı, Respublikaçıların əksəriyyəti Trampı günahlandırdı, "Necə ola bilər ki, Türkiyənin müttəfiqlərimizə qarşı apardığı əməliyyatlara susursunuz?" dedilər.
Türkiyənin terrorçular əleyhinə başlatdığı əməliyyatlara “soyqırım” ilə qarşılıq verdilər
Trampdan bir səs gəlmədikdə isə hərəkətə keçdilər.
“Soyqırımı” iddiaları ABŞ Konqresinin hər iki qanadında - Nümayəndələr Palatasında və Senatda qəbul edildi. Amerikalılar Türkiyənin “PKK-PYD” terror təşkilatına istiqamətli əməliyyatlarına “soyqırımı” təhdidləri ilə cavab vermiş oldu.
Bayden prezidentliyə namizəd olarkən, Konqresin əlindəki sənədləri qəbul edəcəyinə söz verdi.
Və etdi.
Erməni yalanlarını “soyqırımı” olaraq elan etdi.
Türkiyənin cavabı yenə PKK əməliyyatı oldu
Soyqırım yalanları bir PKK əməliyyatı ilə başlamışdı, Türkiyənin cavabı yenə də PKK əməliyyatı ilə oldu.
Ərdoğan Baydenlə telefonda görüşməsindən sonra, türk əsgəri Şimali İraqda PKK terror təşkilatına qarşı “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatlarına başladı.
Artıq orada PKK üçün bir yer yoxdur.
Bu əməliyyatlarının davamı deyəsən Sincar olacaq, elə görünür.
ABŞ-ın Paşinyanlı Qafqaz planı
Yenidən “soyqırımı” ifadəsinə gəlsək, Baydenin mətnində erməni ittihamlarından bəhs edilərkən, yunanlara da istinad edilib. Co Bayden bu mətndə İstanbul ifadəsini istifadə etmir, ancaq Yunanıstanı razı salmaq üçün Konstantinopol deyir. Eynilə Yeni Zelandiyadakı məscidlərə hücum edib insanları qətl edən terrorçu kimi. Həmin terrorçu da qətliam elanında israrla Konstantinopol deyirdi.
Və əlbəttə, Bayden ermənilərə qucaq açdı. Amma hamısına deyil.
Xüsusilə, Ermənistana rəhbərlik etməsini istədiyi Nikol Paşinyana “soyqırımı” ifadəsi ilə hədiyyə etdi. Çünki ABŞ Paşinyanı güclü tutaraq Qafqazı dizayn etməyi planlaşdırır.
ABŞ Paşinyanı Rusiyanın Qarabağdakı təsirinə qarşı meydana çıxara bilər. Bu isə bölgənin yenidən qarışmasına səbəb olacaq.
Ermənistandakı müxaliflərin Baydenin “soyqırımı” ifadəsini işlətməsinə reaksiyalarına baxdığımızda, məsələni daha yaxşı başa düşmək olar. Çünki Paşinyana qarşı olan rusiyapərəst ermənilər ABŞ-ın bu “soyqırımı” elanı ilə Qarabağda bir nəzarət mexanizmi quracağına inanırlar.
ABŞ-ın əlində yalnız bir kart qalıb
ABŞ illərdir əlində tutduğu kartı oynadı. Həm Ermənistan üçün, həm Yunanıstan, həm də PKK üçün.
Ermənistanın ASALA terror təşkilatı ilə Yunanıstan EOKA təşkilatının və PKK-nın eyni olduğunu unutmayaq.
ABŞ rəhbərliyinin əlində indi yalnız FETÖ oyuncağı olan “Halkbank” kartı var. Tezliklə onu da işə salacaqlar. Ancaq əvvəlcə Bayden rəhbərliyinin başqa bir hərəkət etməsi ehtimalı böyükdür.
Suriyadakı PYD terror təşkilatına Türkiyəyə düşmənçiliyi səbəbiylə muxtariyyət verməyə çalışa bilərlər.скачать dle 12.1