SON DƏQİQƏ: Azərbaycanda toylara icazə veriləcək - AÇIQLANDI

SON DƏQİQƏ: Azərbaycanda toylara icazə veriləcək - AÇIQLANDI
FOTO / MANŞET
8-05-2021, 13:38
A+
A-
"Açıq havada toyların keçirilməsinə icazə veriləcək"
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyəsinin komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.
“Yay aylarında açıq havada və bəlli bir say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin, 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı da verilə bilər".
Millət vəkili onu da qeyd edib ki, birinci gündən etibarən ölkəmizin koronovirusla apardığı mübarizə dünya ölkələrinə nümunə olmalıdır və bu mübarizə gec-tez öz müsbət təsirini göstərməlidir.
Qeyd edək ki, artıq bir ildən çoxdur ki, pandemiya ilə əlaqədar toyların keçirilməsi qadağan olunub.скачать dle 12.1