Azərbaycan Ordusu bu istiqamətdə də XEYLİ İRƏLİLƏDİ - Xankəndidən də ŞAD XƏBƏR - Deputat AÇIQLADI

Azərbaycan Ordusu bu istiqamətdə də XEYLİ İRƏLİLƏDİ -  Xankəndidən də ŞAD XƏBƏR - Deputat AÇIQLADI
FOTO / MANŞET
20-05-2021, 01:13
A+
A-
“Müharibə bitdikdən sonra Qarabağda ermənilərin mövqeyinin gücləndiyini görmədik, təhlükəsizlik məsələsi, ümumiyyətlə, yoxdur. Sosial proqramlarla diqqəti bu məsələlərdən yayındırırlar”.
GUNinfo.az  xəbər verir ki, bu barədə Xankəndidə separatçıların “parlamentinin deputatı” David Qalstyan deyib.
Qalstyan bildirib ki, hər gün azərbaycanlıların yük maşınları Xankəndidən keçir: “Ermənilər saatlarla maşın karvanının keçməsini gözləyirlər. Nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın diktəsindən asılıyıq”.
Qalstyan bildirib ki, Azərbaycan ordusu son günlərdə Qarabağda mövqelərini irəliyə çəkir: “Bu, fərqli istiqamətlərdə olub, lakin təhlükəsizliyə görə hansı ərazilər olduğunu deyə bilməyəcəm”.Publika.azскачать dle 12.1