Deputat Musa Qasımlı Yardımlıda Qazi və Şəhid Ailələrini ziyarət etdi - FOTO

Deputat Musa Qasımlı Yardımlıda Qazi və Şəhid Ailələrini ziyarət etdi - FOTO
FOTO / BÖLGƏ
14-06-2021, 13:13
A+
A-
Deputat Musa Qasımlı Yardımlı rayonununa səfər edib.  “Şəhidlər” Abidə Kompleksini  ziyarət edərək, vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı ilə də görüşərək, gələcəkdə  rayonunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Deputat Yardımlı rayon və kəndlərinin məzarlığında uyuyan şəhidlərimizin məzarlarını  ziyarət edərək xatirələrinə dərin ehtiramını bildirib, ailə üzvlərinə baş çəkərək onlara səbr diləyib.
Deputat Çayüzü kəndində şəhid atası Aslanov Elşənin və şəhid qardaşı Cəbiyev Cəmilin evinə gedib ailəsini ziyarət edib, lazım olan koməkiliklər göstərib, peoblemlərini həll edib.
 
Deputat daha sonra Vətən müharibəsi zamanı yaralananların  ailələrinədə  baş çəkib, sağlamlıqları ilə maraqlanıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid hərbi qulluqçuların  məzarlarını ailə üzvləri ilə birlikdə ziyarət edib.  Deputat Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədiyini, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid və qazilərimizin ailələrinə hər zaman diqqət göstəriləcəyini bildirib.
 
  
 Millət vəkili, Kürəkçi, Zevin, Avaş, Arus kənlərində də olub Qazi və Şəhid ailələrini ziyarət edib.

 72 saylı Yardımlı- Masallı seçki dairəsindən seçilən  Millət vəkili Musa Qasımlı ilə görüşdən razı qalan Şəhid valideynləri  və Qazilər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevə və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya göstərdikləri qayğı və diqqətə görə minnətdarlıq ediblər. Görüşə gələn digər vətəndaşlarda da deputatla bərabər "Allah şəhidlərimizə rəhmət eləsin!  Allah qazilərimizə şəfa versin! Uca Yaradan Ali Baş Komandanımızı və Ordumuzu daim müzəffər eləsin! deyə dualar ediblər.
 
Qeyd edək ki, BTV-nin "Deputatlarımızı Tanıyaq" rublikasını davam etdirir. BTV-nin növbəti qonaqları millət vəkilləri Kamaləddin Qafarov və İmamverdi İsmayılov olacaq.

скачать dle 12.1