DTX və DİN Şuşada əməliyyat keçirdi: Silah-sursat aşkarlandı

DTX və DİN Şuşada əməliyyat keçirdi: Silah-sursat aşkarlandı
FOTO / BÖLGƏ
13-08-2021, 19:36
A+
A-
İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
скачать dle 12.1