{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

DTX son dəqiqə ƏMƏLİYYATI: Hüseynov və Novruzbəyov HƏBS EDİLDİ - RƏSMİ

DTX son dəqiqə ƏMƏLİYYATI: Hüseynov və Novruzbəyov HƏBS EDİLDİ - RƏSMİ
FOTO / MANŞET
18-01-2022, 20:20
A+
A-
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxsləri məsuliyyətə cəlb edib.

İXAM.az  DTX-nin saytına istinadla xəbər verir ki, Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 12.1