SON DƏQİQ! “Mən icra başçısını zorlamışam” – Jurnalistdən ŞOK ÇAĞRIŞ(MƏHKƏMƏ İŞİ)

SON DƏQİQ! “Mən icra başçısını zorlamışam” – Jurnalistdən ŞOK ÇAĞRIŞ(MƏHKƏMƏ İŞİ)
FOTO / MANŞET
30-03-2021, 16:55
A+
A-
Martın 29-da Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə jurnalist Cəmil Məmmədlinin məhkəmə prosesi başlayıb. Xaçmaz Rayon Məhkəməsində keçirilən zala jurnalistlər buraxılmayıb. Qubanın icrabaşı Ziyəddin Əliyev jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə verib. Hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə başlaması ilə bitməsi bir olub. Buna səbəb jurnalist Cəmil Məmmədlinin jurnalistlərin zalda iştirakını tələb etməsidir. Dədəsinin "xərəbəsi" ilə məhkəmə zalını səhv salan hakim Anar Sadıqov qanunazidd olaraq tələbi təmin etməyib. 

BAXAR.AZ-a danışan jurnalist Cəmil Məmmədli bildirib ki, bütün hüquqi imkanlardan istifadə edərək jurnalistlərin zalda iştirakını mümkün edəcək:

"Ziyəddin Əliyevin Qubadakı özbaşınalıqlarını, korrupsiya və rüşvət əməllərini işıqlandırdığım üçün məni məhkəməyə verib. Adam rayonda 200 bank kartını mənimsəyib, siyahını yaymışam və Korrupsiyay qarşı Mübarizə İdarəsi faktı araşdırır. İndi bu adam mənim cəzalandırılmamı istəyir. Hakimdən tələb edirəm ki, jurnalistlərin zalda iştirakını təmin etsin, amma buna əhəmiyyət vermir. Belə məhkəmə, idarəetmə olur?! Bu məhkəmə deyil, şoudur, teatrdır. Jurnalistlərin zalda iştirakını təmin etməyən hakimə etiraz olaraq zalı tərk etdik. Tələb edirəm, araşdırılsın! Hüquq-mühafizə orqanları gəlsin, yoxlasın ki, balaca rayonda bu adam nələr edib. Mən jurnalistəm, əlimdə fakt olmadan heç nəyi yazmıram, danışmıram. Bəs, hakim nədən qorxur?! Açıq prosesə jurnalistləri niyə buraxmır?

Mən icra başçısını zorlamışam, ya nə baş verib ki, prosesi qapalı keçirilir?! Bütün hüquqi imkanlardan istifadə edəcəm, ağılların başlarına yığsınlar, istəmirəm ki, dövlət pis vəziyyətdə qalsın."
Qeyd edək ki, növbəti məhkəmə prosesi 2 aprel 2021-ci il tarixinə təyin edilib.скачать dle 12.1