”Nefçala - Pambıq” ATSC rəhbəri tərəfindən ekologiyaya vurulan zərbə - Regionun "XAÇ ATASI" Bahəddin Leysanov KİMDİ?(DOSYE)

”Nefçala - Pambıq” ATSC rəhbəri tərəfindən  ekologiyaya vurulan zərbə - Regionun "XAÇ ATASI" Bahəddin Leysanov KİMDİ?(DOSYE)
FOTO / MANŞET
7-04-2021, 15:28
A+
A-
90 - cı illərdə Səlyan rayon icra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Salyan rayonunda Pambıq zavodunun direktoru olmuş Bahəddin Leysanovla bağlı ilginc şikayətlər var.

İxa.az -a göndərilən şikaytdə kütləvi narazılıqlar, keçmiş Salyan rayonunda Pambıq zavodunun direktoru, indiki  ”Nefçala -Pambıq” Açıq Tipli Səhmdar Cəmiyyəti rəhbərinin ekologiyaya vurduğu zərbədən gedir.

Bildirlir ki, ”Nefçala - Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti istifadə etdiyi xam malın zərərli maddələrin açıq şəkildə rayon ərazisinə səpib ekologiyaya ciddi ziyan vururlar. Deyilənlər görə, az zəhmət çox qazanc əldə etmək istəyən  ”Nefçala -Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyətinin rəhbərliyi xüsusi qablarda basdırmalı olduğu zərərli maddələri, ekologiyaya zərbə olaraq açıq şəkildə hara gəldi yayırlar. Bilərəkdən edilən belə hadisələrə göz yummaq nə dərəcədə doğru olmadığı hər kəsə əyadır. Bu səbəbdn də İxa.az-ın reportiyor qrupu hadisə yerində olub. Əməkdaşlarımızın şahid olduğu dəhşətli mənzərə  həqiqətən də ekologiyaya sahib çıxan, mühafizə edən şəxsləri riqqətə gətirib. Çəkilən şəkillər və video sujetlər ekologiya nazirliyinin əməkdaşlarına təqdim edilib, və ”Nefçala -Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən çirkləndirilmiş əraziyə yenidən baxış keçirilib.

Əraziyə baxış keçirən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nefçala rayon Qaramanlı kəndidə baş verənlərə şahid olduqdan sonra akt tərtib edib, təftişə başladıqları bildirilib.

”Nefçala -Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyətinin səhimlərinin çoxun əlində cəmləyən Bahəddin Leysanov kimdir?

Bahəddin Leysanov  Nefçalada  iki yanacaqdoldurma məntəqəsi, ”Nefçala -Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər.B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü, çənub bölgəsində və xaricdə çox sayda obyektlərə və otellərə sahib olduğu  bıldırilır.

Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq xoşünsiyyət adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin qılığına girib və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınınrdı. Onunla bağlı sosial mediada yayılan məlumatlara istinadən bildiririk ki, Xalq Cəbhəsi dönəmində yeni hakimiyyətlə də asanlıqla dil tapan Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərə rüşvətin dadını tanıtdırır və pulun nə qədər şirin daddığını onlara əyani olaraq göstərir.

Kolxozlarından ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də olmur. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başlayır. Bir ildən sonra bəlli olur ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə və dövlət torpaqları, o cümlədən geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır. Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Qərib Məmmədovun verdiyi şəhadətnamələrə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir.

Düşünməyin ki, Leysanov Salyan və Neftçala rayonları ilə kifayətlənib. Xeyr bu belə deyil. Leysanov Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özünüküləşdirib. Daha əvvəl Neftçalada dostluq münasibətləri qurduğu Taleh Qaraşov həmçinin Lənkəranda da ona ayrıcalıq saxlayır. Bundan başqa Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzanıb.

Eyni zamanda Bahəddin Leysanov Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizdən çoxuna sahibdir. Əslində bu pambıq zavodları bütövlükdə Leysanova məxsusdur. Çünki bu günə qədər Leysanov pambıq zavodlarının keçmiş işçilərinə məxsus olan səhmlərə görə bir qəpikdə olsun dividend ödəməyib.

Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur. Cənub bölgəsində Leysanovla bağlı apardığımız araşdırmada onu gördük ki, bu rayonların əhalisi Bahəddin Leysanovu özlərinin bir nömrəli istismarçısı olaraq görürlər. Lakin buna baxmayaraq heç kim ona qarşı çıxmağa cəsarət eləmir. Bunu heç düşünmür də. Çünki Leysanovun Cənub bölgəsindəki əlaqələrini və gücünü hər kəs bilir. İstənilən adamı istənilən anda həbs etdirmək gücünə sahib olduğunu da hər kəs bilir. Bahəddin Leysanovun yerlərdə gücü və şəbəkəsi o qədər böyükdür ki, cənub rayonlarına təyinat alan icra başçıları, polis rəisləri, prokurorlar onunla razılaşmağa, hətta onun tövsiyyələri ilə işləməyə məcburdurlar. Əks təqdirdə həmin vəzifəli şəxs təxribatla üzləşər və vəzifəsini itirər. Yəni Bahəddin Leysanov həm də cənub bölgəsinin "xaç atası" olaraq toxunulmazdır.

Biləsuvardan, Neftçaladan və Salyandan topladığımız məlumatlara görə Leysanov təkcə bu rayonlarda minlərlə hektar torpağı “işğal” etməyib. Eyni zamanda Leysanov bütün cənub bölgəsində kölgə iqtisadiyyatın “baron”udur. Əldə etdiyimiz məlumata görə Bahəddin Leysanova çalışanların çox böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmırlar. Buna baxmayaraq həmin adamlar bölgənin ən varlı və nüfuzlu ailələri olaraq bilinirlər. Bu səbəbdən də Bahəddin Leysanov güc sahibi olaraq qanunlara məhəl qoymur.

Qeyd edək ki, Bahəddin Leysanov hər zaman mediada qalmaqallarla yadda qalan  BDYPİ yüksək vəzifədə işləyən məşhur Afiyəddin Leysanovun atasıdır. Bu barədə isə növbəti yazıda. Bizi izləyin

İxa.az ”Nefçala -Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən ekologiyaya vurulan zərbənin əyanı sübutu - FOTOLAR:
скачать dle 12.1