Zəngəzurdakı mövqelər Azərbaycana təhvil verilir – Ermənistan MN-dən açıqlama

Zəngəzurdakı mövqelər Azərbaycana təhvil verilir – Ermənistan MN-dən açıqlama
GÜNDƏM
26-04-2021, 11:41
A+
A-
“Son saatlarda sosial şəbəkələrdə mövcud Ermənistan hakimiyyətinin əmri ilə Ermənistanın cənub-şərqindəki (Zəngəzur- red.) birtərəfli strateji mövqelərin Azərbaycan silahlı qüvvələrinə təhvil verilməsi ilə bağlı videogörüntü yayılıb”.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Yayılan məlumatlar tamamilə yalandır. Ermənistan Silahlı Qüvvələri Azərbaycan tərəfinə heç bir mövqe təhvil verməyib”, – deyə açıqlamada qeyd edilib.
Nazirlik yerli kütləvi informasiya vasitələrini “etibarsız” məlumatları yaymaqdan çəkinməyə çağırıb.скачать dle 12.1