Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR...

Aslan İsmayılov: “Səfir Elmira Axundova dərhal geri çağırılmalıdır” — Nizami Gəncəvi ilə bağlı skandal BÖYÜYÜR...
GÜNDƏM
27-04-2021, 01:07
A+
A-
"Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova dərhal geri çağırılmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov səfir Elmira Axundovanın Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçməsinə münasibət bildirərkən deyib.

Aslan İsmayılov bu xəbəri eşidəekən öncə inanmaq istəmədiyini bildirib:

"Bu xəbəri mən bir neçə mənbədən dəqiqləşdirmək istədim. Çünki hər hansı səfir və ya məmur tərəfindən bu cür hərəkətin edilməsi ağılabatan deyil. Burada bir neçə məqamı qeyd etmək istəyirəm. Əvvəla, burada səfir Elmira Axundovanın özbaşına fəaliyyəti ilk növbədə Azərbaycanın dövlət başçısına hörmətsizlikdir. скачать dle 12.1