Azərbaycan və Ermənistan ordusuna GERİ ÇƏKİL ƏMRİ: "Rusiya bütün sərhəd boyu nəzarət edəcək" - AÇIQLAMA

Azərbaycan və Ermənistan ordusuna GERİ ÇƏKİL ƏMRİ: "Rusiya bütün sərhəd boyu nəzarət edəcək" - AÇIQLAMA
GÜNDƏM
22-06-2021, 13:17
A+
A-
Rusiya hərbçiləri yaxın günlərdə Geqarkunik əyalətinə, Azərbaycan əsgərlərinin yerləşdiyi əraziyə gələcək.

İXAM.az  xəbər verir ki, belə bir iddia ilə erməni mediasına açıqlamasında Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan çıxış edib. O bildirib ki, hazırda üçtərəfli danışıqlarda iştirak etməsə də, administrasiya rəhbəri kimi proseslərdən məlumatlıdır.
O deyib ki, son günlər ərazidə vəziyyət stabildir, sərhəddə heç bir insident yoxdur.
“Hazırda üçtərəfli danışıqlar gedir. Rusiya hərbçilərinin təkcə Geqarkunikdə yox, büün sərhəd boyu – Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi müzakirə olunur”, – Sanosyan vurğulayıb.
“Həm biz, həm də Azərbaycan tərəfi hərbi birlikləri geri çəkəcəyik. Bununla da sərhəddə stabillik tam yaranacaq”, – qubernator əlavə edib.
/ bakupost.azскачать dle 12.1