Avropa zibillliklərində eşələnən simasızların yeni oyanışı - Təxribatçı antimilli şəbəkənin KOD ADI

Avropa zibillliklərində eşələnən simasızların yeni oyanışı - Təxribatçı antimilli şəbəkənin KOD ADI
GÜNDƏM
30-06-2021, 11:09
A+
A-
Özgənin yalı ilə bəslənənləri xalq heç vaxt bağışlamır

Son günlər sosial şəbəkə xəstələri, daha doğrusu təxribatçılar Vidadi İsgəndərlinin, Arif Məmmədovun, Sevinc Osmanqızının və digərlərinin müstəqil Azərbaycan dövlətinin son illərdə qazandığı mühüm nailiyyətlərdən, xüsusilə torpaqlarını işğaldan azad etməsindən ciddi narahatlıq keçirirlər. Bunun nəticəsidir ki, erməni lobbisinin sifarişlərini yerinə yetirən və onlara xidmət edən antimilli satqın qrup Azərbaycana qarşı “qara piar” kampaniyasında yenidən fəallaşır.

Bu xəyanətkar qrup açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir, erməni ideoloqlarının uydurma tezislərinə istinad edərək ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bu şəbəkənin üzvü, xaricdə məskunlaşaraq Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı aparılan çirkin kampaniyaların aktiv iştirakçılarından olan Vidadi İsgəndərlinin bu günlərdə səsləndirdiyi və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa xidmət edən absurd fikirləri də dediklərimizi sübuta yetirir. O açıq şəkildə bildirib ki, müharibə yenidən başlasa, əlində silah ermənilərə qarşı yox, bizə qarşı döyüşəcək. İxtisasca hüquqşunas olan bu adam yəqin ki, nə danışdığının fərqindədir. Bu xəyanətkar qrup açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirir, erməni ideoloqlarının uydurma tezislərinə istinad edərək ictimai rəyi manipulyasiya etməyə çalışırlar.

Fransanın “təhqir maşını” Vidadi İsgəndərlinin siması

Gecə-gündüz sosial şəbəkədən düşməyən Fransanın “təhqir maşını” Vidadi İsgəndərli ötən gün yaydığı videoda Azərbaycan dövlətinə və xalqına qarşı olan kinini, nifrətini bir daha ortaya qoydu. Hər kəsə «vətənpərvərlik» dərsi keçməyə çalışan bu Vətən xaini açıq şəkildə bildirir ki, Fransada müharibə başlasa, gedib Fransa ordusunda vuruşacağam, amma Qarabağda müharibə başlasa, ermənilərə qarşı vuruşmayacağam.

Bu yerdə rus yazıçısı Lev Tolstoyun dediyi sözləri xatırlatmaq yerinə düşür: “Vətənpərvərlik yaramazların son sığınacaq yerinə çox tez-tez çevrilir”. Bütün arqumentləri qurtaran adamlar sadəcə yalan danışmağa, özlərini şəxsi ambisiyaları barədə yox, yalnız xalq, onun rifahı barədə düşünən millət xilaskarı kimi göstərməyə başlayırlar. Təsəvvür edin, özünü əzabkeş, iqtidar tərəfindən təqib olunan biri kimi göstərən müxalifətin satqınlar "sülaləsi" ancaq satqınları müdafiə etməlidir. Bu təəccüb də doğurmur. Budur, danışanda ağzının suyu axan terrorçunun siması. Vidadri İkəndərli onu da bilir ki, onun getdiyi bir yol var - məğlubiyyət yolu. Və bu yolu xalq siz terrorçulara 2003-cü ildə göstərdi. Ancaq özgənin yalı ilə bəslənilərək torpğını, dədə-baba yurdunu satanların, bu Vəninin əldə etdiyi uğurlarına kölgə salmaqdan həzz alanların elə yeri o erməni iyi verən zibillliklərdir. Vətəni, torpağı olmayan Avropa zibillliklərində eşələnənlərin Vətəni olmur. Və sizin kimi marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcəklər.
İXAM.az скачать dle 12.1