Yeni kabus yaxınlaşır - COVİD-22 bütün ümidləri alt-üst edə bilər

Yeni kabus yaxınlaşır - COVİD-22 bütün ümidləri alt-üst edə bilər
GÜNDƏM / FOTO
25-08-2021, 15:42
A+
A-
COVİD 19-un yenilənmiş versiyası COVİD 22 virusu yayıla bilər.
AZXEBER.COM "The Sun” qəzetinə istinadən xəbər verir ki, bu barədə immunoloq professor Sai Reddy bildirib. O, "COVID-22” adlandırdığı yeni bir variantın daha ölümcül ola biləcəyi barədə proqnoz verib.
Professor böyük risk yarada biləcək yeni variantın 2022-ci ildə ortaya çıxa biləcəyini deyib.
Daha güclü variantın ortaya çıxmasının qaçılmaz olduğunu deyən Reddy bildirib ki, bunun üçün indidən hazırlaşmalıyıq: "Əgər belə bir variant ortaya çıxsa, onu mümkün qədər erkən aşkar etməliyik və peyvənd istehsalçılarının peyvəndi tez bir zamanda yeni varianta uyğunlaşdırmasını təmin etməliyik”.
Qeyd edək ki, İngiltərədə elm adamları son dövrlərdə "Alfa”, "Beta”, "Delta” və "Qamma” ştamlarının birləşməsindən "supervariant”ın ortaya çıxa biləcəyi haqda xəbərdarlıq ediblər.скачать dle 12.1