Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI: "Gözünün içinə qədər yalan deyir, quldurbaşının böyüyü özüdür"

Heydər Əliyevlə Koçaryanın DİALOQU YAYILDI: "Gözünün içinə qədər yalan deyir, quldurbaşının böyüyü özüdür"
GÜNDƏM / ANALTİKA
30-08-2021, 14:53
A+
A-
2001-ci ildə Strasburqda Ulu Öndər Heydər Əliyevin Koçaryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olub.
KONKRET.az xəbər verir ki, bu barədə sabiq xarici işlər naziri Vilayət Quliyevin xatirlərini Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli bölüşüb. Dialoqun məğzi təxminən belə olub:
– Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?
– Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.
– Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…
– Nə danışırsınız, Heydər Əliyeviç…
“Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra Ulu Öndər Heydər Əliyev heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.
Daha sonra fikirlər belə davam etdirilir: “Bu gün Şuşada Prezident və Xanımının iştirakı ilə Vaqif Poeziya Günlərinin açılışı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq”.
скачать dle 12.1