Daxili İşlər Naziri deputata əsəbiləşdi: “Orada şəhid veririk, sən isə boş-boş gülürsən” - VİDEO

Daxili İşlər Naziri deputata əsəbiləşdi: “Orada şəhid veririk, sən isə boş-boş gülürsən” - VİDEO
GÜNDƏM / ANALTİKA
22-11-2021, 14:48
A+
A-
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu büdcə komissiyasında CHP-li millət vəkilinə sərt reaksiya verib. AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində terrorla mübarizə ilə bağlı məlumat verən Süleyman Soylu CHP-li millət vəkili Engin Özkoçu tənqid edib. Soylu danışarkən gülən deputata  "Orada uşaqlarımız şəhid olur, sən isə burada boş-boş gülürsən” deyərək reaksiya verib.
Qeyd edək ki, bu gün Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci il büdcəsinin müzakirəsi başlayıb. 
Daxili işlər naziri Süleyman Soylu nazirliyinin 2022-ci il büdcəsi ilə bağlı təqdimatına başlayıb. Soylu Türkiyədəki terrorçuların ümumi sayını açıqlayıb. Süleyman Soylu bildirib ki, Türkiyədə terrorçuların ümumi sayı 180-dən aşağı düşüb. Ayşən Mirzəyeva
скачать dle 12.1