SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU - BÖYÜK DAĞINTILAR VAR, Bölgədə HƏYAT DURDU

SON DƏQİQƏ: İranda ard-arda DƏHŞƏTLİ ZƏLZƏLƏLƏR OLDU - BÖYÜK DAĞINTILAR VAR, Bölgədə HƏYAT DURDU
GÜNDƏM
18-04-2021, 14:32
A+
A-
Buşehrin Guneve bölgəsində baş verən zəlzələ nəticəsində 10 kəndə ziyan dəyib.

İxa.az  Publika.az-a istinadla xəbər verir ki, birinci təkandan bir neçə dəqiqə sonra eyni dərinlikdə 4,5 bal gücündə ikinci təkan qeydə alınıb.
Buşehr Böhran İdarəetmə İdarəsinin baş direktorunun verdiyi məlumata görə, yeraltı təkanlar Buşehrlə yanaşı, Deylam və Daştestanda da hiss edilib.
Zəlzələ ilə əlaqədar təcili toplantı keçirilib, bölgənin su, elektrik, qaz, telefon təchizatı dayandırılıb.
Qızıl Aypara Cəmiyyətinin qiymətləndirmə qrupu Buşehr, Şiraz, Fars və Kirmana 4 helikopter göndərib. Hazırda kənd və rayonlarda böhranlı vəziyyət qiymətləndirilir və zəlzələnin mümkün zərərləri barədə hesabat daha sonra açıqlanacaq.
***
İranda 5,9 bal gücündə zəlzələ baş verib.

Ixa.az  xəbər verir ki, yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı, nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, insan itkisi yoxdur.скачать dle 12.1