AZƏRBAYCANDAN SENSASİON OLAY: Ağır Cinayətlər Məhkəməsinin sədrini polis tutdu - Generalı göstəriş verdi+FOTO

AZƏRBAYCANDAN SENSASİON OLAY: Ağır Cinayətlər Məhkəməsinin sədrini polis tutdu - Generalı göstəriş verdi+FOTO
GÜNDƏM / FOTO
23-04-2021, 16:01
A+
A-
Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.
 
İxa.az-nın xəbərinə görə, hadisə bu günlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.

Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı tibbi maskadan istifadə etməməsi və polisə müqaviməti olub. Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb. Polislərə qarşı aqressiv münasibət göstərən Natiq Əliyev onlara sənəd təqdim etməkdən imtina edərək, müqavimət də göstərib.Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.

Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib və sərbəst buraxılıb.Gununsesi.info
скачать dle 12.1