"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində
İDMAN
27-08-2021, 01:21
A+
A-
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Ucnoqta.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu səfərdə Şotlandiyanın "Aberdin" komandası ilə qarşılaşıb. Ağdam klubu qarşılaşmada daha inamlı oynayaraq 3:1 hesablı qələbə qazanıb. Hər iki oyunun nəticəsinə görə (4:1) "Qarabağ" qrup mərhələsinə yüksəlib.
Beləliklə, Qurban Qurbanovun komandası son 8 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edəcək. "Qarabağ" bir dəfə Çempionlar Liqası, altı dəfə isə Avropa Liqasının qrupunda oynayıb.

26 avqust

Konfrans Liqası
Pley-off mərhələsinin cavab oyunu
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:3
Qollar: Toral Bayramov, 8 (0:1), Malinovski, 18 (0:2), Zubir, 72 (0:3), Ferqyuson, 90+2 (1:3)
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1скачать dle 12.1