"Qalatasaray" transfer bombasını "partladır" - Ulduz futbolçu gəlir

"Qalatasaray" transfer bombasını "partladır" - Ulduz futbolçu gəlir
İDMAN
22-02-2021, 00:58
A+
A-
"Qalatasaray" klubu heyətinə daha bir futbolçu cəlb etmək niyyətindədir.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qedson Fernandeş, Yedlin, Mustafa Məhəmməd kimi oyunçuları transfer edən "cim-bom" növbəti mövsüm üçün daha bir futbolçu ilə güclənəcək.

"A Spor" nəşrində yer alan xəbərə görə, İstanbul təmsilçisi "Milan"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlunu rənglərinə bağlamaq istəyir.
Komandanın baş məşqçisi Fatih Terim 27 yaşlı oyunçu ilə tez-tez söhbətləşir. Hakanın özünün də "Qalatasaray"a gəlmək fikrində olduğu yazılır.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Hakan Çalhanoğlu 2017-ci ildən "Milan"da çıxış edir.скачать dle 12.1