İtaliyanın bu məşhur klubundan Terimə rəsmi təklif - SON DƏQİQƏ

İtaliyanın bu məşhur klubundan Terimə rəsmi təklif - SON DƏQİQƏ
İDMAN
31-03-2021, 12:44
A+
A-
Qalatasaray"ın baş məşqçisi Fatih Terim italyanların hədəfindədir.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Fiorentina" "Cim-bom"un çalışdırıcısını komandasının sükanı arxasına gətirmək istəyir. Klubun milyarder prezidenti Rokko Komissonun 2000-2001 mövsümündə A Seriyası kollektivinə rəhbərlik etmiş Terimi geri qaytarmağı düşünür. 
Qeyd edək ki, 67 yaşlı mütəxəssisin "Qalatasaray"la müqaviləsi bu mövsümün sonu başa çatır. Terimin karyerasını "Qalatasaray"da başa vurmaq istədiyi bildirilir.
Xatırladaq ki, 2000-ci ildə "Qalatasaray"la UEFA Avropa Liqasının qalibi olan Fatih Terim növbəti mövsüm "Fiorentina"nı çalışdırmış, 2001-ci ildə isə "Milan"ın baş məşqçisi olmuşdu.скачать dle 12.1