"Real" 7 futbolçunu göndərib, ulduzları gətirir

"Real" 7 futbolçunu göndərib, ulduzları gətirir
İDMAN
17-04-2021, 12:15
A+
A-
inədin Zidanın rəhbərliyi altında həm Çempionlar Liqası, həm də La Liqa titulu uğrunda mübarizə aparan "Real" edəcəyi həmlələrlə 2021-ci ilin yayına damğa vuracaq.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" bir çox futbolçuları göndərib, əvəzinə ulduzları gətirərək yeni heyət qurmağa hazırlaşır. 
"Real"ın yanvar ayında şifahi razılığa gəldiyi David Alaba yayda La Liqa nəhənginə keçəcək. Avstriyalı müdafiəçi təşkil etdiyi mətbuat konfransı zamanı "Bavariya"dan ayrılacağını açıqlamışdı. "Real"ın azad agent kimi heyətinə qatacağı Alaba, klub rəhbərliyinin ilk həmləsi olacaq.
Bundan əlavə, "ağlar" PSJ-dən Kilian Mbappe və "Borussiya"dan Erlinq Haalandı bu yay heyətinə qatmaq istəyir. 2025-ci ilədək prezident seçilmiş Florentino Peres bu ikilini transfer etmək üçün nəhəng transfer planı hazırlayıb.
"Real" maliyyə problemi yaşayacağını nəzərə alaraq komandadan ayrılmaq istəyən Rafael Varanı satmağı düşünür. 27 yaşlı müdafiəçinin 70 milyon avro qarşılığında göndərilməsi düşünülür.
Klub rəhbərliyi komandada ən çox maaş qazanan Marselo, Qaret Beyl və İsko ilə bu yay yollarını ayıracaq. Gözlənilən nəticəni verməyən Alvaro Odriozola, Mariano Diaz və Luka Yoviç üçün gələn təkliflər də nəzərə alınacaq.
Mövsümün sonu "Real"la müqaviləsi başa çatan Serxio Ramosun gələcəyi sual altındadır. Yeni müqavilə barədə danışıqlar aparan kapitanın komandada qalacağı gözlənilir. 
"Kral klubu" 4 ulduzu göndərməyi planlaşdırmır: Vinisius, Federiko Valverde, Rodriqo ve Martin Odeqard komandada qalacaq. скачать dle 12.1