Neftin bahalaşması Azərbaycan üçün nə deməkdir? - Deputat

Neftin bahalaşması Azərbaycan üçün nə deməkdir? - Deputat
İQTİSADİYYAT
9-02-2021, 13:06
A+
A-
​"OPEK+ anlaşmasına rəğmən, neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi bir başa pandemiyanın miqyasından asılı olacaq”.
Qaynarinfo xəbə​r verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neftin bir bareli qlobal pandemiya elan ediləndən sonra ilk dəfə olaraq 60 dollardan baha satılır: 


"OPEK+ ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının gözlənildiyindən daha çox hasilat azalmasına getməsi qlobal neft təklifini azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub. Digər tərəfdən, vaksinasiya səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimumlaşacağıyla bağlı ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına səbəb ola bilər. ABŞ-dakı sonuncu dəstək paketi də ən böyük neft istehlakçısı olan Birləşmiş Ştatlarda iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib və bu da neft bazarına təsirsiz ötüşməyib”.

Deputatın fikrincə, gündəlik neft ixracatı 688,8 min barrel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır:

"2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir”.
скачать dle 12.1