SON DƏQİQƏ! Azərbaycanda bu məşhur polis rəisi məhkəmə zalında HƏBS EDİLDİ

SON DƏQİQƏ! Azərbaycanda bu məşhur polis rəisi məhkəmə zalında HƏBS EDİLDİ
MANŞET
3-05-2021, 17:18
A+
A-
Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qara Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

İxa.az  xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Q.Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2019-cu ilin dekabr ayında Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb.
Belə ki, rayonun Dəllər-Çırdaxan kənd sakini, 1965-ci il təvəllüdlü Həsənov Qara Abdulla oğlu sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2107” markalı 57-BK-322 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 1967-ci il təvəllüdlü Rüstəmov Cəmaləddin Hidayət oğlunu vuraraq hadisə yerindən qaçıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Xatırladaq ki, Q.Həsənov hadisəni törədən zaman Şəmkir Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində çalışıb./report/скачать dle 12.1