SƏRHƏDDƏ QARŞIDURMA: Azərbaycan və erməni əsgərlər arasında əlbəyaxa savaş – çox sayda yaralı var

SƏRHƏDDƏ QARŞIDURMA: Azərbaycan və erməni əsgərlər arasında əlbəyaxa savaş – çox sayda yaralı var
MANŞET
3-06-2021, 11:50
A+
A-
Ermənistan-Azərbaycan sərhədində növbəti insident baş verib.

Qazet.az tert.am-a istinadən xəbər verir ki, hərbçilər arasında toqquşma Geqarkunik bölgəsində qeydə alınıb.
Erməni mənbələrinin verdiyi məlumata görə, əlbəyaxa dava zamanı Ermənistan ordusunun bir neçə hərbçisi xəsarətlər alıb. İnsident zamanı odlu silahdan istifadə edilməyib.

Ermənistan Müdafiə Nazirliyi insident ilə bağlı açıqlama verib. Nazirlik  yüksək komandanlıq tərəfindən davanın qarşısının alındığını bildirib.
Əlavə edək ki, Geqarkunik rayonu Tovuz və Gədəbəy ilə həmsərhəddir.скачать dle 12.1