“Toylar başlasın” tələbinə Adil Qeybulladan CAVAB: - “Buna icazə verilsə...”

“Toylar başlasın” tələbinə Adil Qeybulladan CAVAB: - “Buna icazə verilsə...”
MÜSAHİBƏ
17-02-2021, 18:07
A+
A-
“Bu gün toyların keçirilməsinə icazə verilsə, böyük bir yoluxma potensialının şahidi olacağıq”.

Bunu Yenicag.az-a açıqlamasında Tibb elmləri doktoru Adil Qeybulla Milli Məclisin deputatı Fazil Mustafanın “bir ilə yaxındır ki, adamlar ailə qura bilmir, hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil” fikrinə münasibət bildirərkən deyib.

Professor toyların əvvəlki qaydalarla keçirilməsinin mümkünsüzlüyünü və yeni formatın yaranmasına ehtiyac olduğunu bildirib:

“Pandemiya olsa da, olmasa da, istənilən halda, toyların formatı dəyişməlidir. 600-1000 nəfəri bir zala yığıb toy etmək mümkün deyil. Toylar, yaslar bu stereotiplərlə baş tuta bilməz. Əgər toylara icazə verilsə, karantin davranışları ciddi şəkildə gözlənilməlidir. Əslində bizdə beyinlərdə formalaşmış bəlli toy stereotipi var, bunu dəyişməliyik. 50-70 nəfər insan yığılsın və toynu etsin. Amma belə olmayacaq axı.
Toyların müəyyən yeni bir formatı yaranmalıdır və daha sonra toyların keçirilməsinə icazə verilməlidir. İnsanlar o format çərçivəsində də toylarını eməlidir”.

“İnsanlar ailə qura bilirsə, bu təkcə Azərbaycanın deyil, dünyanın problemidir”, – deyən həkim fevralın sonu və martın əvvəlində toyların keçirilməsinə qoyulan qadağaların götürüləcəyini deyib:

“Bu gün toyların keçirilməsinə icazə verilsə, böyük bir yoluxma potensialının şahidi olacağıq. Buna görə də format müəyyən olunmalı və inzibati qaydalarla tənzimlənməlidir. Ümumiyyətlə, toylar və digər kütləvi tədbirlərlə bağlı qabaqcadan karantin davranışları müəyyən edilməlidir. Təəssüflər olsun ki, biz daim bu qaydaları pozmağa meylliyik.
Yaxın vaxtlarda bu məsələyə baxılacaq, çünki artıq zaman da yetişib. Toyların keçirilməsinə verilən icazədən də vacib dediyim kimi qaydalara əməl olunmasıdır. Fevralın sonu və martın əvvəli bu məsələ yəqin ki, həllini tapar”.скачать dle 12.1