Deputatdan sərt sözlər: “Fəhlələr evlərindən bankalarda yemək gətirir və ya...”

Deputatdan sərt sözlər: “Fəhlələr evlərindən bankalarda yemək gətirir və ya...”
MÜSAHİBƏ
23-02-2021, 16:52
A+
A-
Milli Məclisdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Deputat Səttar Mehbalıyev layihə barədə məlumat verdi.
Deputat Razi Nurullayev Milli Məclisdəki müzakirələr zamanı vətəndaşları narahat edən bəzi məsələlərdən bəhs etdi. Bildirdi ki, işçinin, fəhlənin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsi vacib məsələdir: “Buna əməl olunurmu? Xeyr. Birincisi, işçilər əmək qanunvericiliyində nəzərdə tutulan müddətdən daha çox işlədilir, 8 saat yerinə 12-14 saat. Amma, 8 saatdan artıq sərf etdiyi əməyi üçün ödəniş edilmir. Mən özüm bir çox xarici şirkətlərdə işləmişəm, 8 saatdan artıq işlədiyimiz hər saat üçün iki dəfə daha çox ödəniş alırdıq, Şənbə və bazar günləri işləyəndə də ikiqat ödəniş hesablanırdı. Bütün bunlar bizim əmək fəaliyyətimizdə tətbiq edilirmi? Xeyr. İşçiləri qul kimi işlədib istismar etmək yolverilməzdir”. Deputat əlavə edib ki, hər bir iş yerində işçinin əməyinin mühafizəsi və təminatı olmalıdır: “Bu da, demək olar ki, yoxdur. Bəzi müəssisə və təşkilatları çıxmaqla 12-14 saat işləyən fəhləyə yemək və istirahət üçün şərait yaradılmır. Fəhlələr evlərindən bankalarda yemək gətirir və ya kolbasa-çörəklə gününü yola verir. Axı bunlar da insandır, onların da ləyaqəti var, onlar da bu ölkənin bərabər hüquqlu vətəndaşlarıdır. Onun üçün də israrla qeyd etmək istəyirəm ki, işçilərin əməyinin mühafizəsinə və təminatlarına ciddi diqqət ayırmaq lazımdır”.
Spiker Sahibə Qafarova irad tutaraq “Razi müəllim, hər yerdə  yox, bəzi yerlərdə belə vəziyyət ola bilər. Axı, hər yerdə belə deyil”.
Növbəti çıxışında R.Nurullayev yanaşmasına görə üzrxahlığını ifadə etsə də, Sədr “üzr istəmək lazım deyil”, reaksiyasını verdi.скачать dle 12.1