Sadiq Gözəlov vəzifəsindən azad edildi

Sadiq Gözəlov vəzifəsindən azad edildi
ÖLKƏ
15-02-2021, 10:30
A+
A-
Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.
Fondun direktoru, polis polkovniki Sadiq Gözəlov nazir Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.
Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.
Ondan sonra DİN-in mətbuat xidməti yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. скачать dle 12.1