Vüqar Səfərli YAP-dan çıxarıldı

Vüqar Səfərli YAP-dan çıxarıldı
ÖLKƏ
15-02-2021, 17:44
A+
A-
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

Qeyd edək ki, V.Səfərli və "Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib.
скачать dle 12.1