Vilayət Eyvazov iki qurumu birləşdirdi, rəhbərliyi polkovnikə tapşırdı - SON DƏQİQƏ

Vilayət Eyvazov iki qurumu birləşdirdi, rəhbərliyi polkovnikə tapşırdı - SON DƏQİQƏ
ÖLKƏ / MANŞET
22-02-2021, 21:38
A+
A-
Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

İXA.az  unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib. Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
скачать dle 12.1