"Qapım, pəncərəm hər zaman sevgiyə açıqdır" - Əməkdar artistdən etiraf

"Qapım, pəncərəm hər zaman sevgiyə açıqdır" - Əməkdar artistdən etiraf
ŞOU-BİZNES
23-05-2021, 10:57
A+
A-
"Həyatımda gözəl sevgi yaşayacamsa, olsun. Sevgi mənim üçün ali hissdir. Deyirlər, həyatı, insanı sev. Elə deyil. Mənim hisslərim çox dəyərlidir".
İxa.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "ATV maqazin onlarla" proqramında deyib. Müğənni sevgidən söz açıb. Həyatında sevgi olmadığını açıqlayan Məmmədova sevilmək istədiyini etiraf edib:
"Həmin insan mənim sevgimi qazanmalıdır. Sevgi kəpənəklər tək deyil. Bu gün xoş söz yazım, nələrsə edim, bununla onu büruzə verim deyil. Sevgi gecə yatanda düşünməkdir: yemək yedi, yatmağa yeri oldumu, bəlkə geyinməyə paltarı yoxdur. Bizə hüzur verəcək sevgi olacaqsa, olsun. Qapım, pəncərəm hər zaman o sevgiyə açıqdır".скачать dle 12.1