Rusiyanı xain müttəfiq adlandıran ermənilərə sərt cavab: "Siz bizim müttəfiqimiz deyilsiniz...." - VİDEO

Rusiyanı xain müttəfiq adlandıran ermənilərə sərt cavab: "Siz bizim müttəfiqimiz deyilsiniz...." - VİDEO
SİYASƏT
31-05-2021, 01:05
A+
A-
Bu gün Ermənistanda anti-Rusiya təbliğatı yenidən qızışır. Bu, xüsusilə özünü Ermənistan-Azərbaycan sərhəd xəttində yaranan gərginlikdən sonra daha da artıb.

IXA.az xəbər verir ki, artıq sosial şəbəkələrdə, teleqram kanallarının erməni seqmentində Rusiyanı xain müttəfiq kimi adlandırmağa başlayıblar.
                            Serqey Karnauxov
Rus politoloq Serqey Karnauxov bildirir ki, Ermənistanda rusofobiyanın sürətlə, artan dinamika ilə böyüməsini izləyən varmı? Yüzlərlə insan mənə eyni şeyi yazır. Mən sizə son məktublardan birini təqdim edirəm”:
“Ermənistana olan xoş münasibətinizə görə sizə dərin ehtiramımı bildirirəm. Ancaq Rusiyanın niyə bizə xəyanət etdiyini başa düşə bilmirəm.
Axı bu müharibədən əvvəl ermənilərin 99% -i müttəfiqlərini çox sevir və fəxr edirdi, lakin bu müharibədən sonra hər kəs hər şeyi başa düşdü.
Bir müttəfiqi necə qurban verə bilərsən, bundan sonra kim Rusiyaya güvənəcək və dost olacaq? Rusiya “Rus, fars və erməni türkün düşmənidir” deyə bağıranlara necə kömək edə bilər? Bundan sonra bizim düşmənimiz kimdir? Əminəm ki, adi bir rus vətəndaşı Kremlin xəyanətindən xəbərsizdir və bilsəydilər, özlərindən utanacaqlar… Xainə ayıb olsun!”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov da verdiyi müsahibədə bu ittihamlara cavab verərək bildirib ki, əslində Ermənistan və Belarus Rusiyanın müttəfiqi deyil. Rusiya bu ölkələrin müttəfiqidir. Və Rusiya Krım uğrunda müharibə edərsə, hər iki dövlət Rusiyanın yanında olmayacaq. Heç bu ölkələr Krımı Rusiyanın tərkibində belə tanımırlar”.
Həmin videonu təqdim edirik:
Video Oynadıcı00:0000:38Rəsmiyyə Şərifova,
KONKRET.azскачать dle 12.1