Bu tarixdə Putinin İravanda hərbi çevriliş PLANI - "Alfa"qrupu Xankədində hazır vəziyyətə gətirildi

Bu tarixdə Putinin İravanda hərbi çevriliş PLANI - "Alfa"qrupu Xankədində hazır vəziyyətə gətirildi
SİYASƏT
8-06-2021, 13:44
A+
A-
"Rusiya Ermənistanda seçki günü və sonrakı günlərdə aktiv hərbi çevrilişə çalışır. Bunun üçün Xankəndində məsuliyyət zonasında alfa qrupunu yerləşdirib".
İXAM.az  bildiriir ki, bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib.
Siyasi şərhçi deyir ki, bu qrup məhz 2008- ci il 1 mart prezident seçkilərinin nəticələrinə etiraz üçün meydana çıxan kütləyə qarşı istifadə edilərək S. Sarkisyanı və R. Koçaryanı qəzəbli xalqın caynağından qurtarıb.
Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə
"2008-ci il seçkilərində hakmiyyətin qalması üçün Rusiya öz çevik hərbi qüvvəsi ilə Yerevanda R. Koçaryanı və S. Sarkisyanın hakmiyyətini müdafiə etdi. İndi isə, müxalifətdə olan R. Koçaryanı və S. Sarkisyanı müdafiə və hakmiyyətə gətirmək üçün öz elit qüvvələrini Xankəndində saxlayır. Hər iki halda üstündən 14 il keçməsinə baxmayaraq Alfa yenədə N. Paşinyana qarşı istifadə ediləcək. Məhz 2008-ci il mart hadisələrində N. Paşinyan aktiv müxalifətin önündə gedirdi".
Politoloq bildirdi ki, R. Koçaryan kifayət qədər Rusiyaya arxayındır. Seçkinin nəticələrini tanımayacağını elan edəcək. Silahlı insident yaratmağa çalışacaq və bununla etiraz aksiyaları təşkil edib, Rusiya Xankəndindən 'Alfa" qrupunu Yerevana gətirib, Koçaryana dəstək verməklə hərbi çevrilişdə rol ala bilərlər. M.Əsədullazadə onu da qeyd etdi ki, Ermənistanda aktiv müxalifət formalaşır və burada silahların işə düşməsi mümkündür. Amma bu məqamda ABŞ N. Paşinyanı qoruyacaqdır.скачать dle 12.1