Tarixi Gün yaxınlaşır: Ərdoğan ŞAD XƏBƏR verəcək - Dünya bu açıqlamanı gözləyir

Tarixi Gün yaxınlaşır: Ərdoğan ŞAD XƏBƏR verəcək - Dünya bu açıqlamanı gözləyir
SİYASƏT
17-07-2021, 11:29
A+
A-
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, iyul 19-na təyin edilən Şimali Kipr səfəri zamanı müjdəli xəbər verəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb .
"Bunu Şimali Kipr Türk Cümhuriyyətinin parlamentində elan etmək istəyirəm. Bu, müsbət addım olacaq, hazırlıqları artıq başa çatdı". Türkiyə prezidenti, jurnalistlərə verdiyi müsahibədə belə deyib.
Ərdoğana görə, səsləndirməyi planlaşdırdığı açıqlama həm ada sakinləri, həm də bütün beynəlxalq ictimaiyyət üçün "barış mesajı" olacaq. Qeyd edək ki, Ərdoğanın çərşənbə axşamı gününə qədər davam edəcək Kiprə səfəri zamanı onu böyük bir heyət müşayiət edəcək.скачать dle 12.1