İdmançımız Tokioda ermənini DİZ ÇÖKDÜRDÜ - FOTOLAR

İdmançımız Tokioda ermənini DİZ ÇÖKDÜRDÜ - FOTOLAR
SİYASƏT
3-08-2021, 16:59
A+
A-
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.
AZSABAH.COM-un məlumatına görə, bu dəfə yunan-Roma güləşçisi Rafiq Hüseynov fəxri kürsüyə yüksəlib. 33 yaşlı pəhləvan 77 kq çəki dərəcəsində bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib.
Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.
скачать dle 12.1