"Bu ittifaq Azərbaycan SSR-in bütün ərazilərinə nəzarəti Bakıya qaytarır" - Baqdasaryandan AÇIQLAMA

"Bu ittifaq Azərbaycan SSR-in bütün ərazilərinə nəzarəti Bakıya qaytarır" - Baqdasaryandan AÇIQLAMA
SİYASƏT / ANALTİKA
7-09-2021, 19:38
A+
A-
Ermənistanın görməli, gəzməli yerlərindən bəhs edən yeni reklam kliplərini çəkmək üçün kanallara ölkənin dövlət büdcəsindən külli miqdarda vəsait xərcləyirlər. Ermənistan hökuməti telekanallara bunu etməyə ona görə məcbur etdi ki, köhnə analoji reklam kliplərində yer alan “arsax”la bağlı bütün kadrlar itsin.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Baqdasaryan bölüşüb.

Onun sözlərinə görə, yeni kliplərin çəkilişlərinə artıq başlanılıb.
“Əgər əvvəllər kliplərdə Şuşadan, Ağvəngdən (Gəncəsər) kadrlar var idisə, müxtəlif “erməni abidələri” görüntülənirdisə, yeni videolarda bütün bunlar olmayacaq”, – deyə erməni politoloq vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə ittifaqı keçmiş Azərbaycan SSR-in qalan ərazilərinin hamısının rəsmi Bakının nəzarətinə qəti şəkildə qaytarılması üçün güclü mexanizmlər yaradır./axar.az/скачать dle 12.1