“Səfir Hikmət Hacıyevlə razılığa gəlib...” – İran səfirliyindən qanunsuz yük daşımaları ilə bağlı AÇIQLAMA

“Səfir Hikmət Hacıyevlə razılığa gəlib...” – İran səfirliyindən qanunsuz yük daşımaları ilə bağlı AÇIQLAMA
SİYASƏT / ANALTİKA
14-09-2021, 14:50
A+
A-
11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda yayılan məlumat sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. 
Məlumatı təsdiqləyən foto və videolardan da görünür ki, İran yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə çalışır. Yük maşınlarının Xankəndiyə nə daşıdığı isə hələ də bəlli deyil.
 
Məsələ ilə bağlı Sfera.az saytının İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə ünvanladığı sorğuya verilən cavabda bildirib ki, bu məsələ artıq öz həllini tapıb. 
"İranın Bakıdakı səfiri cənab Seyid Abbas Musəvi Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi görüş zamanı bu və digər məsələləri müzakirə edib, ümumi razılığa gəlib”.скачать dle 12.1