TƏCİLİ AÇIQLAMA!“Evlərin qiyməti 15 min manat qalxacaq” - VİDEO

TƏCİLİ AÇIQLAMA!“Evlərin qiyməti 15 min manat qalxacaq” - VİDEO
SOSİAL
15-03-2021, 17:28
A+
A-
"Əmlak Məsələləri Dövlət Xidməti bir il ərzində sənədsiz evlərin sənədləşdirilməsi prosesini yekunlaşdıra bilər.
Bunu ARB24-ün "İş vaxtı” verilişinə müsahibəsində əmlak eksperti Ramil Osmanlı deyib.

O bildirib ki, Əmlak məsələləri üzrə Dövlət Komitəsinin strukturunda baş verən dəyişikliklər bu prosesin uzadılması səbəblərindən biridir:

"Lakin konsepsiyanın qəbulundan sonra prosesin icrasının gecikməsi səbəbləri aydın deyil. Komitə tərəfindən o zaman Bakı və Abşeronda 165 mindən, respublikanın ayrı-ayrı ərazilərində 70 mindən artıq fərdi ev inventarlaşdırılmışdı. Bu, mövcud rəqəmlərin heç yarısı deyil”. 

Ramil Osmanlı sözügedən evlərin sənədləşdirilmə prosesindən sonra qiymətinin 20 faiz artacağını bildirib:

"Hazırda sənədli və sənədsiz torpaqların qiymətində 2-3 qat fərq var. Bir neçə sot torpaq sahəsi evin tikintisindən sonra kifayət qədər böyük qiymət fərqinə yol açır. Sənədləşmə prosesinin icrasından sonra bu evlərin ümumi dəyərində 20 faizə qədər qiymət fərqi yaranacaq. Yəni həmin evlər bu gün 50 min manata satılırsa, sənədləşmədən sonra onlar 60-65 min manata satılacaq. 

Prosesin ən vacib tərəfi isə odur ki, sənədləşmədən sonra bu evlərdən dövlət büdcəsinə daxilolmalar artacaq. Hesablamalara görə, il ərzində Azərbaycan sənədsiz evlərə görə 50 milyon manatdan artıq vəsait itirir”. 
 
скачать dle 12.1