Azərbaycanda pensiya və maaşlar yenidən ARTIRILIR - AÇIQLAMA

Azərbaycanda pensiya və maaşlar yenidən ARTIRILIR - AÇIQLAMA
SOSİAL
18-03-2021, 13:04
A+
A-
Son günlər pensiya və maaşlarda yenidən artımın olması ilə bağlı iddialar səsləndirlir. Maraqlıdır bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? Doğrudanmı Azərbaycanda maaş və pensiyalar yenidən artırılacaq?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, 2021-ci ilin büdcəsi artıq təsdiqlənib :

"Bazarda qiymət artımının maaş və pensiyaya da şamil ediləcəyi ilə bağlı fikirlər səsləndirilir. Ancaq bilirsiniz ki, 2021-ci ilin büdcəsi artıq təsdiqlənib. 2020-ci ildə də pandemiyanın olmasına baxmayaraq maaşlarda, təqaüdlərdə və pensiyalarda artım oldu. 2021-ci ildə hələ ki, maaş və pensiyalarda artımların olması ilə bağlı müzakirə yoxdur. Təbii ki, bazardakı qiymətlər insanları narahat edir. Ancaq kənd təsərrüfatı məhsullarında qiymət artımının qarşısını almaq üçün dövlət subsiyadalar ayırmağı nəzərdə tutub. İstənilən halda ərzaqların qiymətində biz özümüzdə qiymət artımını müşahidə edirik. Amma pandemiya bitdikdən sonra maaş və pensiyalarda artımla bağlı hər hansı layihələr, proqramlar nəzərdə tutula bilər. Ancaq hazır ki, vəziyyətdə bu müzakirə olunmur".скачать dle 12.1