Dövlətin əhaliyə ödəyəcəyi pulun məbləği AÇIQLANDI - 1 AİLƏYƏ 246 MANAT...

Dövlətin əhaliyə ödəyəcəyi pulun məbləği AÇIQLANDI - 1 AİLƏYƏ 246 MANAT...
SOSİAL
5-04-2021, 15:49
A+
A-
2021-ci ilin mart ayında 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 246 manat təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən "Ölkə.Az"a bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə (mart ayı) müqayisədə 11.6% artım deməkdir.
ÜDSY üçün müraciət edilməsi:
Ad - 00:21ƏTRAFLIYelloAd
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:
Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.
Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə müraciət edir.
Müraciət qeydiyyata alındıqdan sonra komputerin ekranına VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.скачать dle 12.1